"Barselona" kapitanı ilə yeni müqavilə imzalayıb

"Barselona" kapitanı ilə yeni müqavilə imzalayıb

İspaniyanın "Barselona" komandası futbolçusu Frenki de Yonqla müqavilənin müddətini uzadıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçi ilə yeni sözləşmə 2029-cu ilədək nəzərdə tutulub.

Qeyd edək ki, 2019-cu ildən Kataloniya təmsilçisində çıxış edən Frenki de Yonq bu müddət ərzində İspaniya La Liqasında 183 oyunda 14 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. O, hazırda komandanın kapitanıdır.