Qəbələdə isveçrəli tanınmış pianoçu Andrey Qavrilovun konserti olub

Qəbələdə isveçrəli tanınmış pianoçu Andrey Qavrilovun konserti olub

Qəbələ VII Beynəlxalq Musiqi Festivalının proqramına uyğun olaraq, iyulun 31-də Heydər Əliyev Konqres Mərkəzində isveçrəli tanınmış pianoçu Andrey Qavrilovun konserti olub.
AZƏRTAC xəbər verir ki, bir çox beynəlxalq müsabiqələrin qalibi və festivalların iştirakçısı olan Andrey Qavrilov bəstəkarlar F.Şopenin və S.Prokofyevin əsərlərini səsləndirib. Tamaşaçılar A.Qavrilovun ifasını böyük zövqlə dinləyiblər.