"Şuşada konservatoriyanın bərpası ilə bağlı təkliflər var".
Bunu mədəniyyət naziri Anar Kərimov “Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirədə deyib.
Onun fikrincə, Şuşanın ənənələri özünə qayıtmalıdır: "Müəssislərimiz bərpa edilməlidir. Şuşanın Baş Planı hazırlanır və mədəniyyət mərkəzlərinin bərpası Baş Planda yer alıb".