Gəncə şəhərindəki Dövlət Rəsm Qalereyasında I ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalı başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan festivalda Gəncə şəhəri və 15 rayonun təmsilçiləri iştirak edib. Festivalda müxtəlif sənət növləri nümayiş etdirilib. Festivala ilin sonunda Bakıda yekun vurulacaq. Regionlardan seçilən ən yaxşı əsərlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınaraq Tarix Diyarşünaslıq Muzeyinə, Xalça Muzeyinə və Dövlət Rəsm Qalereyasına veriləcək.