Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunub

İyunun 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Belarus Respublikasının xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Belarus arasında siyasi əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, iqtisadi, ticarət və humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.