“Elton Məmmədovu yaxşı tanıyıram, deputat həmkarımdır, özü ilə də çox yaxşı münasibətlərim var. Ona qarşı kimsə hər hansı yazılar yazırsa, mənim adımdan istifadə etməsin”.
Bu sözləri Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
S.Novruzov Elton Məmmədov və onun oğlu haqqında hər hansı fikir söyləmədiyini deyib: “Elton Məmmədovun övladlarının pis hərəkətini görməmişəm. Ötən gün mən ümumilikdə məmur övladları, onların dəbdəbəli həyatı və fəaliyyəti haqqında söz demişəm. Lakin bəzi sifarişli mətbuat orqanlarında mənim adımdan istifadə olunub”.