Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər cəbhədəki son vəziyyətlə bağlı məlumatlandırılıb

Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər cəbhədəki son vəziyyətlə bağlı məlumatlandırılıb

Avqustun 8-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbirdə son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranan gərginliklə bağlı iştirakçılara ətraflı məlumat verilib. Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov və mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı atəşkəsin pozulması, müdafiənin ön xəttinə düşmənin basqın cəhdlərinin səbəbləri və nəticələrini hərbi attaşelərin diqqətinə çatdırıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.