ABŞ-da 6,2 bal gücündə zəlzələ baş verib

ABŞ-da 6,2 bal gücündə zəlzələ baş verib

ABŞ Kaliforniya ştatının şimalındakı Kape Mendokino bölgəsi yaxınlığında zəlzələ baş verib. yeniazerbaycan.com Türkiyənin “Milliyyət” qəzetinə istinadən xəbər verir ki, baş verən yeraltı təkan yerli vaxtla saat 12:10-da hiss edilib.

ABŞ Geoloji Xidməti (USGS) 6,2 bal gücündə zəlzələnin episentrinin Kaliforniya ştatının Humboldt qraflığının Lost Koast bölgəsi yaxınlığında, Sakit Okeanın 9 km dərinliyində olduğunu bildirib.

Baş verən zəlzələdən sonra rayonda xəsarət alan olmasa da, yaranan sürüşmə səbəbindən iki yolun nəqliyyata bağlandığı açıqlanıb. Yerli idarələr sunami ilə bağlı heç bir xəbərdarlıq etməyiblər.