ABŞ hökumət orqanları hər il təxminən bir milyon kiberinsident qeydə alır.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton söyləyib.
“Amerikalılar başa düşməlidirlər ki, kibertəhdidlər realdır. 2020-ci ildə Federal Təhqiqat Bürosuna təxminən 800 min kiberinsident barədə məlumat daxil olub. Son məlumata görə, bu rəqəm bir milyona çatıb”, - deyə Cey Kleyton CNN telekanalının efirində bildirib. Onun sözlərinə görə, xoş xəbər ondan ibarətdir ki, ABŞ kibertəhlükəsizlik sahəsində lider mövqeyini qoruyub saxlaya bilir.