Almaniyada qatar qəzası olub, yaralananlar var

Almaniyada qatar qəzası olub, yaralananlar var

Almaniyanın cənubundakı Qarmiş-Partenkirxen şəhəri yaxınlığında regional qatarın relsdən çıxması nəticəsində bir neçə nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Focus-online” nəşri məlumat yayıb.

Nəşr bildirib ki, hadisə sonucunda bir neçə vaqon aşıb. Qəzaya nəyin səbəb olduğu hələ ki məlum deyil.