Avropada ötən həftə rekord vuran təbii qazın qiyməti yenidən qalxmağa başlayıb. yeniazerbaycan.com yeniazerbaycan.com-un Rusiyanın “Lenta.ru” saytına istinadən xəbər verir ki, Londonun ICE birjasında təbii qazın qiyməti 1,2 min dolları keçib.
Saytın məlumatına görə, 14 oktyabr cümə axşamı günü səhər London ICE birjasında ticarət əsnasında, min kubmetr təbii qazın qiyməti yenidən 1,2 min dollardan yuxarı qalxıb. Belə ki, maksimum qiymət min kubmetr üçün 1,25 min dollara çatıb.