Batumidə binanın çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb

Batumidə binanın çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb

Batumidə binanın çökməsi nəticəsində ölənlərin sayı 8-ə yüksəlib.

Bu gün səhər dağıntıların altından daha 2 nəfərin meyiti çıxarılıb.

Bu barədə yeniazerbaycan.com gürcü mətbuatına istinadən məlumat verir. Onlar ana və onun yetkinlik yaşına çatmayan uşağıdır.

Gürcüstan hökuməti Batumi şəhərində binanın çökməsi ilə əlaqədar oktyabrın 11-ni matəm günü elan edib. Bu barədə baş nazir İrakli Qaribaşvili bildirib.