Bayden II Elizabetin dəfnində iştirak edəcək

Bayden II Elizabetin dəfnində iştirak edəcək

ABŞ Prezidenti Co Bayden Böyük Britaniyanın mərhum Kraliçası II Elizabetin dəfnində iştirak edəcək.

APA NBC-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib.

Kraliçanın dəfn olunacağı tarix hələ açıqlanmayıb.

Xatırladaq ki, Kraliça II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib.