Bayden yenidən namizədliyini irəli sürməyi planlaşdırır

Bayden yenidən namizədliyini irəli sürməyi planlaşdırır

ABŞ-ın sabiq prezidenti Donald Trampdan sonra indiki dövlət başçısının 2024-cü ildə keçiriləcək seçkilərdə namizədliyi dəqiqləşir. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ Evin mətbuat katibinin müavini Karine Ceyn-Pyer bildirib ki, ABŞ prezidenti Co Bayden 2024-cü il prezident seçkilərində yenidən namizədliyini irəli sürməyi planlaşdırır.

K.Ceyn-Pyer Ağ Evdəki mətbuat konfransında ABŞ vitse-prezidenti Kamala Harris ABŞ mediasına müsahibəsində dediyi "Biz Baydenlə heç vaxt namizədlik məsələsini müzakirə etməmişik" sözlərinə də şərh verib: “Harris və Baydenin nə danışdıqlarını sizə deyə bilmərəm, amma indi deyə bilərəm ki, C.Bayden 2024-cü ildə yenidən namizəd kimi iştirak etməyi planlaşdırır”.

Mətbuat katibinin müavini onu da əlavə edib ki, C.Bayden yenidən K.Harrisi vitse-prezidentliyə namizəd olmaq üçün nəzərdən keçirə bilər.