Braziliyanın şimal-şərqində yerləşən Bahia əyalətində güclü yağışların yaratdığı daşqınlar nəticəsində ölkənin onlarla şəhəri su altında qalıb. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, sel fəlakəti zamanı həyatını itirənlərin sayı 18-ə yüksəlib.
Qeyd edək ki, 15 milyondan çox əhalisi olan Bahia ştatının leysan yağışları və daşqınlar səbəbindən 72 şəhərində fövqəladə vəziyyət elan edilib.
Son bir həftədə leysan yağışları səbəbindən meydana gələn sel fəlakətlərindən 430 min 869 nəfərin zərər çəkdiyi bildirilib. Bahiada 16 min nəfərin evini itirdiyi, 19 min 580 nəfərin təxliyə edildiyi açıqlanıb.