Yeni növ koronaviurusu bütün dünyaya yayıldığı Çində COVID-19 sıfır səviyyəsinə endrimək siyasətini davam etdirən hakimiyyət yeni yoluxmalara görə hərəkətə keçib. yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, ölkədə 3 yeni yoluxma qeydə alındıqdan sonra ölkədə yüzlərlə aviareys təxirə salınıb, məktəblər bağlanıb.
Belə ki, Çinin Şanxay əlayətinin səhiyyə rəsmiləri Suzhou şəhərində səyahət edən 3 nəfərin koronavirusa yoluxduğunu və onların peyvənd olunduğunu açıqlayıb.
Eyni zamanda, cümə günü təcili tədbirlər nəticəsində Şanxayın iki böyük hava limanından 500-dən çox reys təxirə salınıb. Şanxay əyalət hökuməti, həmçinin böyük ticarət və turizm mərkəzi olan şəhərdə bütün paket turların ləğvi barədə göstəriş verib. Altı Şanxay xəstəxanası da ambulator xidmətlərini dayandırıb.
Qeyd edək ki, ölkədə tətbiq edilən səyahət məhdudiyyətləri və komendant saatı bu günə qədər koronavirusun yayılmasına nəzarət etməkdə uğurla nəticələnib