Tədqiqatçılar əriməyən və kif əmələ gəlməyən kub şəklində buz kəşf ediblər ki, bu da qida texnologiyasında “inqilab” yarada bilər. yeniazerbaycan.com Türkiyənin “Milliyyət” qəzetinə istinadən xəbər verir ki, jele formasında olan buzlar antimikrop xüsusiiyyətinə malikdir və təbiətdə tamamilə parçalana bilər.
ABŞ-dakı Kaliforniya Devis Universitetinin alimlərinin kəşfləri nəticəsində istehsalının mümkün olduğu buzları əridikdən sonra təkrar istifadə etmək mümkündür. “American Chemical Society” elmi jurnalında dərc edilən araşdırmada qeyd edilir ki, əldə edilən buzların tərkibinin 90 faizi sudur. Bundan əlavə, yumşaq və jele kimi buz kublarının rəngi temperatura görə dəyişir.
Qeyd edək ki, həm təkrar istifadə oluna bilməsi, həm də antimikrop xüsusiyyətləri əriməyən buzun köməyi ilə qida texnologiyalarında irəliləyiş edə bilər.