Əfqanıstanda məsciddəki partlayışda 30 nəfər ölüb, 80 nəfər yaralanıb

Əfqanıstanda məsciddəki partlayışda 30 nəfər ölüb, 80 nəfər yaralanıb

Əfqanıstanın Məzari-Şərif şəhərində məsciddə törədilən partlayış zamanı ölənlərin sayı 30-a çatıb.

“Khaama Press” agentliyi xəbər verir ki, bu barədə yerli tibb müəssisələrindən açıqlama verilib.

Həkimlər xəstəxanalara azı 80 yaralının daxil olduğunu bildirib.

Günorta namazından sonra baş verən partlayış zamanı ölü sayının artması istisna olunmur.

Hücum hədəfinin şiə müsəlmanları olduğu bildirilir.