Oktyabrın 15-də Qəndəhar əyalətinin İmam-Bərgah rayonunda məscidin partladılması nəticəsində 25 nəfər ölüb, 20 nəfər yaralanıb. yeniazerbaycan.com “RİA-Novosti”yə istinadən xəbər verir ki, Qəndəhardakı Bibi-Fatimə məscidində baş verən partlayış terrorçu-kamikadze tərəfindən törədilib.
Terrorçunun heç bir qrupla əlaqəsi müəyyən edilməyib. O, cümə namazı əsnasında, çox sayda dindarın qarşısında özünü partladıb.