Hindistanda kəskin istilərdən 23 nəfər ölüb

Hindistanda kəskin istilərdən 23 nəfər ölüb

Hindistanın Maxaraştra ştatında kəskin istilər 23 nəfərin həyatına son qoyub.

Xarici KİV-lər xəbər verir ki, Hindistan Səhiyyə Nazirliyi nümayəndələri cari ilin may ayına qədər 381 nəfərin günvurma ilə bağlı xəstəxanalara müraciət etdiyini deyiblər.

Qeyd edək ki, bu il Maxaraştra ştatında son 6 ilin ən kəskin istiləri qeydə alınıb.