İranda baş verən son daşqınlarda 19 nəfər ölüb.
Bu barədə ISNA Qızıl Aypara Cəmiyyətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ötən 27 gün ərzində 10 vilayətdə 19 nəfər daşqın, 8 nəfər ildırım vurması, 3 nəfər qaya uçqunu nəticəsində ölüb.
İsfahan və Əlburzda 3 nəfər itkin düşüb, axtarışlar davam edir.
Güclü yağış və daşqınlar nəticəsində 49 562 nəfərə zərərçəkənə yardım göstərilib. Ən çox zərər çəkən isə Ərdəbil vilayətidir.