İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Qeşm rayonunun Laft şəhəri yaxınlığında 6,4 bal gücündə baş verib.
Bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 15:36-da 18 km dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində azı 1 nəfər həyatını itirib, 27 nəfər xəsarət alıb.