Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi "Pəncə Kilid" antiterror əməliyatı bölgəsində dörd türk hərbçi həlak olub.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Bundan başqa, daha 3 hərbçinin yaralandığı deyilir.