İraqda terror aksiyasi nəticəsində 41 nəfər həyatını itirib

İraqda terror aksiyasi nəticəsində 41 nəfər həyatını itirib

İraqın Babil vılayətinin Şumli şəhərindəki yanacaq doldurma məntəqəsində avtobusun partlaması nəticəsində 41 nəfər həyatını itirib. 

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, İraqın xüsusi xidmət orqanları avtobusun terror məqsədi ilə partladıldığı qənaətindədirlər. Partlayış nəticəsində yaralanan 30 nəfər isə yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Ölənlərin arasında İran vətəndaşları da var.

Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım qrupları gəlib. 

Bu saatlarda yanğının söndürülməsi davam edir.