İspaniyada anomal istilər bir ayda 2064 nəfərin ölümünə səbəb olub

İspaniyada anomal istilər bir ayda 2064 nəfərin ölümünə səbəb olub

İyul ayında İspaniyada qeydə alınan anomal istilər 2 064 nəfərin ölümünə səbəb olub. 

APA-nın xəbərinə görə, bu, III Karlos Səhiyyə İnstitutunun məlumatında əksini tapıb.

Keçən il anoloji dövrdə yüksək temperatur səbəbindən ölənlərin sayı bundan 4 dəfə az olub. 

Anomal istilər səbəbindən həyatını itirənlərdən 1321 nəfərin yaşı 85-dən yuxarıdır, 470 nəfər 75-84 yaş aralığındadır. Ölənlərdən 176 nəfər 65-74 yaş aralığında, 83 nəfər isə 45-64 yaş aralığındadır. Bununla bərabər, 14 yaşına qədər 10 uşaq da anomal istilər səbəbindən ölüb. 

18-19 iyul tarixlərində isə anomal istilər səbəbindən ən yüksək ölüm göstəricisi qeydə alınıb. Həmin tarixdə 184 nəfər ölüb. 

İyulda İspaniyada orta temperatur 38-40 dərəcə olub.