İstanbulda İŞİD və “Əl-Qaidə”yə qarşı əməliyyat keçirilib, 13 nəfər tutulub

İstanbulda İŞİD və “Əl-Qaidə”yə qarşı əməliyyat keçirilib, 13 nəfər tutulub

Türkiyədə anti-terror əməliyyatı keçirilib.

“Anadolu”nun xəbərinə görə, hüquq-mühafizə orqanları tərəfindən İstanbulda keçirilən əməliyyatlar zamanı İŞİD, “Əl-Qaidə” terror təşkilatlarına mənsub olan 13 nəfər şübhəli şəxs qismində tutulub.

Saxlanılan şəxslər barəsində istintaq tədbirləri həyata keçirilir.