İtaliyada 5,7 bal gücündə zəlzələ olub

İtaliyada 5,7 bal gücündə zəlzələ olub

İtaliyanın Rimini şəhəri sahillərinə yaxın ərazidə 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

“Reuters” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə, episentri Rimini şəhərindən 64 kilometr şərqdə və Pesaro şəhərindən 32 kilometr şimal-şərqdə olub.