Lavrov Ukraynada nüvə silahının tətbiqi ilə bağlı sualı cavablandırıb

Lavrov Ukraynada nüvə silahının tətbiqi ilə bağlı sualı cavablandırıb

Rusiya Ukraynada xüsusi əməliyyatın hazırkı mərhələsində yalnız adi silahlardan istifadə variantını nəzərdən keçirir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "India Today" telekanalına müsahibəsində bildirib.

“Yalnız adi silahlar”, - Lavrov Rusiyanın Ukraynada nüvə silahından istifadə edib-etməyəcəyinə dair suala cavabında qeyd edib.