Böyük Britaniyanın paytaxtı Londonun rayonlarından birində yaşayış binasında baş verən yanğın faciəyə səbəb olub. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, 4 uşağın cansız bədəni binadan çıxarılıb, dörd uşaq isə xəstəxanalara çatdırılıb.
Britaniya paytaxtının yanğınsöndürmə idarəsindən verilən məlumata əsasən, Londonun Sutton səmtində yaşayış binasında baş verən yanğını söndürmək üçün hadisə yerinə 8 xüsusi texnika və 60-a yaxın yanğınsöndürən cəlb olunub.
Hazırda yanğın lokallaşdırılıb, hadisənin səbəbləri araşdırılır.