Mağarada faciə: 9 nəfər ölüb

Mağarada faciə: 9 nəfər ölüb

Braziliyada mağaranın çökməsi nəticəsində insan tələfatı qeydə alınıb. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, yanğınsöndürənlər təlim keçirdiyi zaman mağaranın çökməsi nəticəsində 9 nəfər ölüb.

Xəbərdə qeyd edilir ki, Braziliyanın Ribeyran-Preto bölgəsində yanğınsöndürənlərin təlim zamanı uçqun baş verərkən mağarada, yanğınsöndürənlər və “Real Life” məktəbinin tələbələri də daxil olmaqla, 26 nəfər olub. 14 nəfər xəsarət almayıb, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xilas edilib.