Malayziyada qeyri-qanuni mühacirləri daşıyan qayıq batıb. yeniazerbaycan.com-un Türkiyənin “İhlas” agentliyinə istinadən verdiyi xəbərə görə, qayığın batması nəticəsində ən azı 10 nəfər həyatını itirib, itkin düşən 29 nəfərin axtarışları davam edir.
Malayziya Dənizçilik İdarəetmə İdarəsinin (MMEA) rəisi admiral Nurul Hizam Zəkəriyyə verdiyi açıqlamada Malayziyanın Cohor əyalətində qeyri-qanuni mühacirləri daşıyan qayıqda uşaqlar da daxil olmaqla, 60-a yaxın adamın olduğunu bildirib. İndiyə qədər ən azı 10 nəfərin həyatını itirdiyini bildirən N.Zəkəriyyə 21 nəfərin xilas edildiyini də qeyd edib.
N.Zəkəriyyə deyib ki, itkin düşən 29 nəfərin axtarışları dəniz və hava vasitələri ilə davam edir.