ABŞ-ın sabiq vitse-prezidenti Maykl Pens 2024-cü ildə dövlət başçısı postuna seçkilərdə iştirak edəcəyini rəsmən elan edib.
Maykl Pens bu barədə tviter hesabında paylaşdığı videoda bildirib.
“Kənarda qalmaq daha asan olardı. Lakin mən belə tərbiyə almamışam. Bu gün Allah və ailəm qarşısında ABŞ prezidenti seçkilərində iştirak edəcəyimi bildirirəm”, - deyə Maykl Pens qeyd edib.
O, Birləşmiş Ştatların sabiq lideri Donald Trampın administrasiyasında vitse-prezident postunu tuturdu.