Myanmanın şimalında yerləşən mədəndə baş verən sürüşmə nəticəsində xeyli insan həlak olub. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Myanmanın Kaçin əyalətinin Hpakant bölgəsində baş verən fəlakətdə azı 70 nəfər həyatını itirib.
Axtarış-xilasetmə işləri davam edərkən, sürüşmədə itənlərin əksəriyyətinin qeyri-qanuni şaxtaçılar olduğu təxmin edilir.
Xatırladaq ki, Hpakant bölgəsində mədən işlərinin aparılması qadağan edilsə də, işsizlik və yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən sosial-iqtisadi vəziyyəti pisləşən yerli əhali qadağalara məhəl qoymur.