Yeni növ koronavirusun “Omikron” ştamı dünyanın bir çox ölkələrində sürətlə yayılır. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən cümə günü yayılan COVID-19-un yeni ştamına dair yeniləməyə əsasən, “Omikron” koronavirus ştamı artıq dünyanın 110 ölkəsində müəyyən edilib və “Delta”dan daha sürətli yayılır.
Qeyd edildiyi kimi, ilkin məlumatlar göstərir ki, “Omikron” ştamı “Delta” ştamından daha sürətli yayılır. Bununla belə, peyvəndlərin xəstəliyin daha asan gedişatına nə dərəcədə kömək etdiyi hələlik məlum deyil.