London şəhər rəhbərliyi COVID-19-un “Omikron” ştamının yayılması fonunda fövqəladə vəziyyət elan edib. yeniazerbaycan.com Rusiyanın “Lenta.ru” saytına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavidin məlumat verib.
Eyni zamanda, nazir bildirib ki, son sutka ərzində Böyük Britaniyada “Omikron” ştamına 10059 yeni yoluxma qeydə alınıb. Bu, əvvəlki günlə müqayisədə üç dəfə çoxdur. Cavid qeyd edib ki, “Omikron” ştamı artıq ölkədə üstündür və bütün koronavirus infeksiyalarının 60 faizini təşkil edir.
Verilən məlumata görə, Böyük Britaniya hökumətində yeni, daha sərt antikoronavirus məhdudiyyətləri ilə bağlı geniş müzakirələr gedir. Bayram günləri üçün karantin rejiminin tətbiqi planlaşdırılır.