Özbəkistanda növbədənkənar prezident seçkisi üçün seçki kampaniyası başlayır

Özbəkistanda növbədənkənar prezident seçkisi üçün seçki kampaniyası başlayır

Özbəkistanın Mərkəzi Seçki Komissiyası çərşənbə günü keçirilən iclasda iyulun 9-na təyin olunmuş növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı kampaniyanın başlanması barədə qərar qəbul edib.

"MSK - nın qərarına əsasən, mayın 10-u Özbəkistan Respublikası Prezidentinin növbədənkənar seçkilərinin keçirilməsi üçün seçki kampaniyasının başlanması günü elan edilib", - məlumatda deyilir.

Mətbuat xidmətinin məlumatına görə, iclasda qarşıdan gələn seçkilərin keçirilməsi üçün tədbirlərin Təqvim planı da təsdiq edilib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mayın 8-də parlamentin, siyasi partiyaların, məhkəmə və icra hakimiyyəti orqanlarının palatalarının rəhbərləri ilə görüşündə bildirib ki, dövlət başçısının növbədənkənar seçkilərinin keçirilməsi haqqında fərman imzalayıb.

Nicat