Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb

Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb

Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində təhlükəsizlik qüvvələrinin son 48 saat ərzində keçirdiyi əməliyyatlar nəticəsində 43 silahlı öldürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb. Bildirilib ki, əməliyyatlar Mir Əli və Orakzay rayonlarında aparılıb. Atışma nəticəsində Mir Əlidə qadağan olunmuş “Təhrik-i-Taliban Pakistan” təşkilatının 35 üzvü, Orakzayda isə 8 silahlı öldürülüb.

Əməliyyatlar zamanı silah-sursat və partlayıcı maddələr aşkarlanıb. Ərazilərdə təmizləmə tədbirləri davam etdirilir.