Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) 28 noyabrda ölkədə keçirilən seçkilərin rəsmi nəticələrini təsdiq edib. yeniazerbaycan.com “Sputnik-Qırğızıstan”a istinadən yaydığı xəbərə görə, MSK-nın qəbul etdiyi qərara əsasən, Qırğızıstan Respublikasının parlamentində 6 siyasi partiya təmsil olunacaq.
Müvafiq qərar dekabrın 15-də çərşənbə günü Qırğızıstan MSK-nın iclasında qəbul edilib. Nəticələrinin təsdiq edilməsi üçün MSK-nın 12 üzvündən 10 nəfər qərarın lehinə səs verib.