Roma Papası Fransisk Qazaxıstana səfər edib.
“Report” xəbər verir ki, bu barədə məlumatı “Zakon” saytı yayıb.
Qeyd edilib ki, onu paytaxt Nur-Sultan şəhərindəki hava limanında sabiq dövlət başçısı Nursultan Nazarbayev və katolik kilsəsinin Qazaxıstandakı nümayəndəsi qarşılayıb.
Qeyd edək ki, sentyabrın 14-də Qazaxıstanda Dünya və ənənəvi din liderlərinin VII Qurultayı keçiriləcək.