Bolqarıstanın hazırkı prezidenti Rumen Radev prezident seçkilərinin ikinci turunda qalib gəlib.
Bu barədə bazar ertəsi Mərkəzi Seçki Komissiyası (MSK) protokolların 99,44%-nin hesablanması əsasında məlumat verib.
MSK-nın rəsmi saytında dərc olunan məlumata görə, seçicilərin 66,67%-i (1 532 412 nəfər) Radevə səs verib. Ən yüksək dövlət vəzifəsinə ikinci namizəd olan Sofiya Universitetinin rektoru Anastas Gerdjikov 31,85% səs (732 035) toplayıb. Seçicilərin 1,48%-i (33 979 nəfər) namizədlərin hər ikisinin əleyhinə səs verib.
Qeyd edək ki, dünən Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilib. Səsvermələr ciddi pozuntular olmadan yekunlaşıb.
Rudevin seçkilərdə qalib olması “exit-poll”un nəticələrində də əskini tapıb.