Rusiyanın Ryazan vilayətinin Şilovski rayonunun Lesnoye kəndindəki “Elastik” zavodunun barıt sexi yanıb. yeniazerbaycan.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, zavodda baş verən yanğın nəticəsində 16 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən agentliyə bildiriblər ki, sexdə 17 nəfər olub. RF FHN-dən onu da əlavə ediblər ki, yanğına səbəb texnoloji prosesin pozulması olub.