Rusiyada koronavirusa daha 8 min nəfər yoluxub

Rusiyada koronavirusa daha 8 min nəfər yoluxub

Rusiyada son sutka ərzində 8 008 nəfər koronavirusa yoluxub.

Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 22 714 988 nəfərə çatıb.

Eyni zamanda, son sutkada 36 nəfər koronavirusun qurbanı olub, 7 307 nəfər isə koronavirusdan sağalıb.