Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Rusiya İstintaq Komitəsinin verdiyi məlumata görə, silahlı atışma nəticəsində 11-i uşaq olmaqla 15 nəfər həlak olub, 23 nəfər yaralanıb.
xxx
İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 7-si uşaq olmaqla 13 nəfərə çatıb.
TASS xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, 14-ü uşaq olmaqla daha 21 nəfər yaralanıb, regionda matəm elan edilib.
xxx
Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 9-a çatıb.
Rusiya İstintaq Komitəsinin verdiyi məlumata görə, silahlı atışma nəticəsində 5-i uşaq olmaqla 9 nəfər həlak olub.
“İlkin məlumatlara görə, cinayətin qurbanı olan 9 nəfər arasında təhsil müəssisəsinin 2 mühafizəçisi və 2 müəllim, həmçinin 5 azyaşlı var. Yaralılar da var”, - Rusiya İstintaq Komitəsinin məlumatında qeyd olunub.
xxx
Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub.
TASS xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.
6 nəfərin öldürüldüyü, 20 yaralının olduğu bildirilir.
Atışma dərs zamanı başlayıb. Qara geyimli naməlum şəxs sinif otağına girərək uşaqlara atəş açıb.