Oktyabrın 24-də keçirilmiş növbəti seçkilərdə yenidən Özbəkistan Prezidenti seçilmiş Şavkat Mirziyoyevin inauqurasiyası gələn həftənin sonuna qədər baş tuta bilər.
Bu barədə cümə günü hökumət dairələrində mənbə bildirib.
Qanunvericiliyə görə, yeni müddətə prezidentliyə başlamaq tarixi Senatın iclasında müəyyən edilir.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevbu gün Şavkat Mirziyoyevin dövlət başçısı seçkilərində qalib gəldiyini elan edib.
Özbəkistan Respublikasının Mərkəzi Seçki Komissiyası Mirziyoyev Şavkat Miromonoviçin Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə seçilmiş hesab edilməsi barədə qərar qəbul edib. Z. Nizamxocayev bildirib ki, bütün bülletenləri sayıldıqdan sonra Şavkat Mirziyoyevin səslərin 80,12 faizini toplaması məlum olub.
Qeyd edək ki, Özbəkistanda prezident seçkiləri ötən bazar günü, oktyabrın 24-də keçirilib. Seçkilərdə seçicilərin 80 faizdən çoxu iştirak edib.