Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husi hədəflərinə zərbələr endirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husi hədəflərinə zərbələr endirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya hücumlar üçün istifadə olunan husi hədəflərinə zərbələr endirdiyini açıqlayıb.

AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, açıqlamada koalisiya qüvvələrinin mülki şəxsləri və mülki infrastrukturu hədəf alan hücumlarda istifadə edilən mühüm husi obyektlərinə zərbələr endirildiyi bildirilir.

Koalisiyanın sözçüsü Türki əl-Malikinin sözlərinə görə, məhv edilən hədəflərdən Yəmənə və Səudiyyə Ərəbistanına qarşı ballistik raket, dron hücumları həyata keçirmək üçün istifadə olunurdu.

Əl-Maliki koalisiyanın husilərin istənilən hücumuna birbaşa cavab verməkdən çəkinməyəcəyini vurğulayıb.