Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan: Azərbaycanın İƏT-ə baxışı geniş perspektiv olaraq qurulmuş və daha ümidvericidir

Türkiyə İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) rəhbərlik etdiyi dövrdə qurumun fəaliyyətini gücləndirmək üçün əlindən gələni edib. AzərTAc xəbər verir ki, bu sözləri oktyabrın 16-da Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısındakı çıxışında Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. “2015-ci il üçün İƏT-ə Baxış Sənədi”nin gələcək fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirdiyini vurğulayan Baş nazir deyib: “İstərdim ki, bütün iştirakçılar İƏT-in güc və resurslarından səmərəli istifadə etsinlər. Azərbaycanın İƏT-ə baxışı geniş perspektiv olaraq qurulmuş və daha ümidvericidir. Biz Azərbaycan kimi ölkələrlə əməkdaşlığı daha çox genişləndiririk”.