Pakistan Prezidenti Asif Əli Zərdari Almaniyaya səfər edib.
AZƏRTAC xəbər verir ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyinə təsadüf edən səfər çərçivəsində Pakistan Prezidenti ilə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin görüşü olub.
Görüşdə qarşılıqlı tərəfdaşlığın davam etdirilməsi və daha da möhkəmləndirilməsi niyyəti ifadə olunub. Hər iki prezident, həmçinin ticarət və investisiyaların genişləndirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edib. Söhbət zamanı beynəlxalq proseslər və regiondakı vəziyyət barədə də fikir mübadiləsi aparılıb.
Bu, Pakistan Prezidentinin 2003-cü ildən sonra Almaniyaya ilk səfəridir. Almaniya Prezidenti Roman Hersoq 1995-ci ildə Pakistanda səfərdə olub.