Konqresə keçirilən aralıq seçkidən sonra Amerika Birləşmiş Ştatları (ABŞ) administrasiyası daxilində İranla bağlı əlavə addımlar barədə fikir ayrılıqları güclənib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.
Bildirildiyinə görə, bəzi rəsmilər ABŞ Prezidenti Donald Trampı İrana yeni zərbələr endirməyə və sonra sülhə çalışmağa çağırır, digərləri isə onun hərbi əməliyyatı dayandırmalı olmasına inanırlar.
Qeyd edək ki, Donald Tramp noyabrın 4-də İranla müharibəni istədiyi vaxt bitirəcəyini deyib. Eyni zamanda, bu prosesin düzgün həyata keçirilməsinin lazım olduğunu diqqətə çatdırıb. ABŞ Prezidenti respublikaçıların aralıq seçkidə uğursuz nəticə əldə etməsinin də İranla müharibə və yanacağın qiymətinin artması ilə bağlı olduğunu etiraf edib.