Pakistanda ağır yol qəzası baş verib, 11 nəfər həlak olub

Pakistanda ağır yol qəzası baş verib, 11 nəfər həlak olub

Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsində sərnişin mikroavtobusunun çaya düşməsi nəticəsində 11 nəfər həlak olub, 2 nəfər yaralanıb.

AZƏRTAC Sinxuaya istinadla xəbər verir ki, hadisə Gilgit şəhərindən Ghizer rayonuna hərəkət edən mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.

Qəzanın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.