Dünya İqtisadi Forumunun illik toplantısının proqramı açıqlanıb

Dünya İqtisadi Forumunun illik toplantısının proqramı açıqlanıb

Yanvarın 20-dən 23-dək İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun illik toplantısının proqramı açıqlanıb.
AZƏRTAC www.weforum.org-a istinadla xəbər verir ki, forum “Dördüncü sənaye inqilabının mənimsənilməsi” şüarı altında təşkil ediləcək. Dünya İqtisadi Forumunun proqramına aktual qlobal hadisələrə həsr olunan müzakirələr daxildir. Forumda qlobal təhlükəsizlik, miqrasiya, müasir İpək Yolu və digər məsələlərə dair fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Davos Dünya İqtisadi Forumu hər il keçirilir və burada bir sıra ölkələrin siyasi liderləri iştirak edir.